"Qazanmaq üçün mübarizə apardıq"
"Oyunçularımız bu gün həqiqətən də çox güclü oynadılar. Qazanmaq üçün mübarizə apardıq. Qələbə münasibətilə bütün komanda üzvlərini təbrik edirəm ".- bu sözləri Beşiktaşın İnteqral Foreks klubunun baş məşqçisi Əhməd Kandemir deyib.

İdman.com.az saytının məlumatına görə, Beko basketbol liqasının 16-cı həftəsində iştirak edən Beşiktaş İnteqral Foreks qonaq etdiyi Torku Konya Selçuk Universiteti komandasını 61:58 hesabı ilə məğlub edib.

Xəbər 1117 dəfə oxundu.