Arda Turan Tayfun Korkutu qabaqladı
"Atletiko"nun futbolçusu Arda Turan La Liqada ən çox qol vuran ikinci türk oyunçu olub.

O, dünən "Rayo Valekano" ilə matçda iki dəfə fərqlənib və İspaniya çempionatında vurduğu qollarını sayını 11-ə yüksəldib. Bununla da Arda 2000-2004-cü illərdə La Liqada oynayan keçmiş futbolçu Taykun Korkutu (9 qol) geridə qoyub.

Qeyd edək ki, bi siyahıda ilk pillədə Nihat Qəhvəçi yer alır. O, 2001-2006-cı illərdə "Real Sosyedad" və "Vilyareal"da ümumlikdə 82 qol vurub.

Xəbər 933 dəfə oxundu.