İspaniya La Liqasında 21-ci turun oyunları davam edir
İspaniya La Liqasında 21-ci turun oyunları davam edir.

Növbəti oyun günündə 4 qarşılaşma baş tutub.

Madridin "Atletiko" klubu səfərdə "Rayo Valekano"nun qonağı olub və 4:2 hesabı ilə qalib gəlib. “Land of fire Azerbaijan” formalı komandanın türk futbolçusu Arda Turan dubl edib.

Digər oyunda "Barselona" öz meydanında "Malaqa"nı böyük hesabla məğlub edib - 3:0.

Qeyd edək ki, qazanılan qələbə sayəsində "Barselona" yenidən liderliyi ələ keçirib.

Xəbər 1040 dəfə oxundu.