Azarkeş Levandovskini polisə şikayət etdi
Mövsümü sonundan etibarən "Bavariya"da oynayacaq "Borussiya"nın futbolçusu Robert Levandovskinin barəsində cinayət işi açıla bilər.

17 yaşlı bir azarkeş polşalı hücumçuya maşınında olarkən əli ilə xoşagəlməz hərəkət göstərib. Bundan əsəbiləşən Levandovskinin maşınından düşərək azarkeşi döydüyü iddia edilib. Hadisədən sonra 17 yaşlı gənc futbolçunu polisə şikayət edib.

Levandovski isə sosial şəbəkələrin birində azarkeşi döymədiyini yazıb.

Qeyd edək ki, polis də futbolçu ilə bağlı şikayətin gəldiyini təsdiqləyib.

Xəbər 817 dəfə oxundu.