«Bakı»nın Avrokubokda debütü uğurlu oldu

Oktyabrın 8-də Bakı idman sarayında qadınlardan ibarət «Bakı» voleybol klubu Çelenc kuboku turnirində ilk matçını keçirib. Komandamız Kiprin «Anortosias» klubunu qəbul edib. Qeyd edək ki, bu bakılı qızların Avropa kubokları yarışlarında debütü idi. İlk setdə meydan sahibləri 25:7 hesabı ilə qalib gəliblər. Sonrakı setlərdə də qızlar üstünlüyü əldən verməyiblər. Üçüncü setdə isə qonaqlar ancaq 8 xal toplaya biliblər. Beləliklə, oyun 3:0 hesabı ilə «Bakı»nın xeyrinə başa çatıb.
Əldə olunmuş razılığa görə cavab görüşü də Bakıda olmalı idi. Ertəsi günü oktyabrın 9-da keçirilən bu oyun da elə həmin hesabla 3:0 (25:10; 25:9; 25:6) başa çatıb.

Xəbər 961 dəfə oxundu.