"Barselona"nın yeni prezidenti müəyyənləşdi | |
Sandro Rosellin istefasının ardından "Barselona"da yeni prezidentin adı məlum olub. Kataloniya klubunun vitse-prezidenti Josep Mariya Bartomeu yeni seçkilərə - 2016-ci ilə qədər "Barsa"nın prezidentinin səlahiyyətlərini icra edəcək. Bartemounun köməkçisinin klubun maliyyə işləri ilə üzrə vitse-prezidenti Xavyer Fausun olacağı gözlənilir. Qeyd edək ki, "Barselona"da 2016-ci ildə keçiriləcək prezident seçkilərinə ilk namizəd artıq məlumdur. Bu, 2003-2010-ci illlərdə Kataloniya klubunda prezident olan Xuan Laportadır. |
|
Xəbər 816 dəfə oxundu. |
|
|