"Beşiktaş" 1/4 finalda
Voleybol üzrə Qadınların CEV Challenge Kubokunun 8-ci final matçında "Beşiktaş" ın rəqibi İsveçrənin "Kant" komandası olub.

İdman.com.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, maraqlı oyun nümayiş etdirən "Beşiktaş" rəqibini 3 :0 hesabı ilə məğlub edərək, 1/4 finala yüksəlib.

Şafhauzen şəhərində oynanılan qarşılaşmada setlər 15-25, 15-25 və 20-25 ilə nəticələnib.

Qeyd edək ki, "Beşiktaş" 1/4 finalda Fransız nümayəndəsi "Roşeville Le Kannet" komandası ilə qarşılaşacaq.

Xəbər 988 dəfə oxundu.