"Qalatasaray Daikin" Avropa kubokuna vida etdi
"Qalatasaray Daikin" qadın voleybol komandası DənizBank Qadınlar CEV Çempionlar Liqasının 12-li pley-off turunda Fransanın Kannes komandasına 3:0 hesabı ilə məğlub olub.

İdman.com.az saytının məlumatına görə, səfərdə ilk matçı da 3:1 itirən sarı-qırmızılılar bu nəticə ilə Avropa kubokuna vida etməli olub.

Burhan Fələk voleybol salonunda "Qalatasaray Daikin" üzərində qələbə qazanan fransız qrupu isə 6-lı pley-off turuna yüksəlib.

Kannes komandasının növbəti rəqibi "Vakıfbank" komandası olacaq.

Xəbər 1167 dəfə oxundu.