Tarsus komandası kuboka vida etməli oldu
Basketbol üzrə FIBA qadınlar Avropa kubokunun cavab matçında Tarsus Bələdiyyəsi səfərdə Fransız qrupu Basket Landeslə qarşılaşıb.

İdman.com.az saytı xəbər verir ki, türk komandası fransızlara 72-63 hesabı ilə məğlub olub.
      
Qeyd edək ki, Adanada oynanılan ilk matçda Tarsus Bələdiyyəsi 87-85 hesabı ilə qalib olmuşdu. Matçda məğlub olan türk qrupu bununla da kuboka vida etməli olub.

Xəbər 1630 dəfə oxundu.