Futzal üzrə Azərbaycan milli komandası Serbiya yığmasına qalib gəlib
Serbiyanın paytaxtı Belqrad şəhərində təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası ikinci yoldaşlıq oyununu keçirib.

Serbiya yığması ilə qarşılaşan millimiz rəqibi üzərində 3:0 hesabı ilə qələbə qazanıb. Qolları Amadeu, Vitali Borisov və Rəcəb Fərəczadə vurub.

Bu komandalar arasında yanvarın 22-də keçirilmiş yoldaşlıq oyunu da millimizin xeyrinə yekunlaşıb - 4:1.

Xəbər 662 dəfə oxundu.