"Fənərbaxça" və "Lokomotiv" Qəbələyə gəlir
Qəbələdə 15 yaşa qədər futbolçular arasında keçiriləcək III Beynəlxalq Qəbələ Kubokuna qatılacaq bir neçə klubun adı müəyyənləşib.

İdman.com.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, artıq dəvət alan iki klub – Türkiyə və Rusiya təmsilçiləri “Fənərbaxça” və Moskva “Lokomotiv”i turnirdə iştirakını rəsmi şəkildə təsdiqləyib. 29 may – 01 iyun tarixlərinə baş tutacaq turnirin digər iştirakçılarının adları da yaxın müddətdə müəyyənləşəcək.

Turnirdə iştirak üçün dəvət göndərilən "Barselona", "Ayaks" və "Yuventus"un III Qəbələ Kubokunda yer almayacağı dəqiqləşib. "Barselona" və "Ayaks"ın öncədən başqa turnirdə iştirak barədə təsdiq verməsi, "Yuventus"un isə həmin dövrdə yerli çempionatın final mərhələsində iştirak etməsi adıçəkilən komandaların Qəbələyə gəlməsinə mane olub.

Xəbər 822 dəfə oxundu.