Xuan Mata "Mançester Yunayted"in şərəfini qoruyacaq
Çelsi"nin futbolçusu Xuan Mata bundan sonra "Mançester Yunayted"in şərəfini qoruyacaq.

London klubu "MY"nın 37 milyon funt sterlinq dəyərindəki təklifini qəbul edib.

Dünən məşqdə komanda yoldaşı və məşqçiləri ilə vidalan Mata bu gün tibbi müayinədən keçəcək. Daha sonra ispan yarımmüdafiəçi "qırmızı şeytanlar"la 4.5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, bu, "MY" tarixində ən bahalı transfer olacaq. Bundna əvvəl Dimitar Berbatovun transferi üçün klub 30.75 milyon funt sterlinq ödəmişdi

Xəbər 925 dəfə oxundu.