“Bakı” Rumıniyanın “Styaua” komandasını məğlub edib
İspaniyada qış təlim-məşq toplanışını davam etdirən “Bakı” futbol komandası növbəti yoxlama oyununu keçirib.

Rumıniyanın “Styaua” komandası ilə qarşılaşan paytaxt təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edib.

“Bakı”nın heyətində Aleksandar Soliç və Namiq Ələsgərov fərqləniblər.

Xəbər 808 dəfə oxundu.