FİFA-dan Braziliyaya növbəti xəbərdarlıq
Bu il baş tutacaq dünya çempionatına ev sahibliyi edəcək Braziliyanın Kuritiba şəhər stadionu turnir başlayana qədər hazır olmaya bilər.

Bu barədə FİFA-nın baş katibi Jerom Valke məlumat verib.

Dünyanın ali futbol qurumunun nümayəndəsi stadionda işlərin çox ləng getdiyini deyib. Bu səbəbdən 4 matçda ev sahiblyi etməsi planlaşdıran 42 min tamaşaçı tutumuna malik stadionda işlərinin sürətlə başa çatması tələb olunub. Əks təqdirdə Kuritibada matçların oynanılmasına icazə verilməyəcəyi bildirilib.

Qeyd edək ki, Braziliyada 12 stadiondan yalnız 6-ı hazır olub. Məhz bu səbəbdən FİFA bununla bağlı ölkəyə verilən vaxtı uzadıb.

Xəbər 863 dəfə oxundu.