“Lans”dan ikinci rəsmi transfer
Fransa ikinci liqasında mübarizə aparan “Lans” daha bir transferi gerçəkləşdirib.

Azərbaycanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu klub “Angers”in futbolçusu Alharbi El Jadeyaouini heyətinə cəlb edib. 27 yaşlı yarımmüdafiəçi ilə iki illik müqavilə imzalanıb.

Xatırladaq ki, “Lans” cari qış transfer pəncərəsində “Monako”nun müdafiəçisi Marsel Tisserandın da keçidini rəsmiləşdirib.

Xəbər 834 dəfə oxundu.