Burak Yılmaz “İnter”də oynaya bilər
"Qalatasaray"ın futbolçusu Burak Yılmaz İtaliya A seriyasında oynaya bilər.

"İnter"in yeni sahibi Erik Tohir türk hücumçunu klubunda görmək istəyir. Hücum xəttinə yeni transferlər etmək istəyən "İnter"də B.Yılmazın əsas namizədlərdən biri olduğu bildirilir. Klubun yaxın günlərdə "Cim-Bom"a rəsmi təklif göndərəcəyi gözlənilir.

Qeyd edək ki, “Qalatasaray”ın Burakın "İnter"ə getməsini müsbət qarşılayacağı iddia edilir.

Xəbər 1007 dəfə oxundu.