Messi "Barselona"da 400-cü matçına çıxdı
Barselona"nın İspaniya kubokunda "Levante" ilə oynadığı matç Lionel Messi üçün əlamətdar olub.

Argentinalı hücumçu bu qarşılaşmada start heyətdə yer alaraq Kataloniya klubunda 400-cü matçına çıxıb. Ancaq o, sözügedən matçda fərqlənə bilməyib.

Xatırladaq ki, Messi bu mövsüm zədə səbəbindən 20 matçda iştirak edib və 18 qol vurub.

Qeyd edək, "Levante" - "Barselona" matçı qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 898 dəfə oxundu.