AZAL klubunun düşərgəsinə yeni futbolçu cəlb olunub
Hazırlığını Azərbaycanda davam etdirən AZAL klubunun düşərgəsinə yeni futbolçu cəlb olunub. Bu, Litva milli komandasının müdafiəçisi Linas Klimaviçyusdur.

191 sm boya, 90 kq çəkiyə malik olan Linas son olaraq, “Dauqava” klubunun uğurları üçün çalışıb. Bu komandanın heyətində 11 oyun keçirib, 1 qol vurmuş futbolçu Ukraynada “Dneper” və “Krivbass”da oynayıb eləcə də, “Ekranas” və “Suduva” komandalarının uğurları üçün çalışıb.

O, Litanın aşağı yaş qrupları üzrə bütün milli komandalarında çıxış edib. Olimpiya yığmasında 17 oyun keçirmək imkanı olub.

Xəbər 960 dəfə oxundu.