Vüqar Əsgərovun adı AZAL ilə birgə hallanır
Azərbaycan milli komandasının və “Sumqayıt” klubunun sabiq üzvü Vüqar Əsgərovun adı AZAL ilə birgə hallanır. Məlumata görə, Vaqif Sadıqov hücumda olan ciddi problemi məhz Əsgərovun sayəsində aradan qaldırmaq istəyir.

AZAL futbolçunu heyətinə cəlb etmək üçün ilk növbədə “Sumqayıt”la razılıq əldə etməlidir. Məsələ burasındadır ki, onun “Sumqayıt”la sözləşməsi var. Amma AZAL Vüqar Əsgərovun keçidini təkzib edib. Klubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov Futbol11.az saytına açıqlamasında deyib ki, AZAL-ın transfer siyahısında bu oyunçunun adı yoxdur.

Xəbər 1303 dəfə oxundu.