Mançini: "Pelleqrininin komandasını mən yaratmışam
"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini sabiq komandası "Mançester Siti" haqda maraqlı açıqlama verib: "Pelleqrini işinin öhdəsindən yaxşı gəlir. Amma bu komandanı 3 il əvvəl mən yaratmışam. Mançesterdə etdiklərim üçün xoşbəxtəm. Hazırda fərqlənən futbolçuları ora mən gətirmişdim. Bəlkə də 4-5 ildən sonra məşqçi komandasını dəyişməlidi. Mən öz işimi gördüm, fantastik komanda yaratdım. Ötən il çempion olmamağımızın yalnız bir səbəbi var idi: çünki "Mançester Yunayted" Robin van Persini aldı".

Xəbər 905 dəfə oxundu.