Türkiyə kuboku: "Qalatasaray" uduzdu, "Sivasspor" qalib gəldi
Türkiyə kubokunda qrup mərhələsinin oyunları davam edir.

A və B qruplarında 4 qarşılaşma baş tutub.

A qrupunda "Sivasspor" öz meydanında "Akhisar"ı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib. "Bursaspor" isə "Eskişehirspor"u məğlub edib - 4:1.

B qrupunda "Qalatasaray" səfərdə "Elazığspor"un qonağı olub və uduzub - 0:1. "Antalyaspor" isə doğma meydanda "Tokatspor"u darmadağın edib - 6:1.

22 yanvar

A qrupu

"Sivaspor" - "Akhisar" - 2:1

"Bursaspor" - "Eskisehirspor" - 4:1


B qrupu

"Elaziğspor" - "Qalatasaray" - 1:0

"Antalyaspor" - "Tokatspor" - 6:1

Xəbər 793 dəfə oxundu.