"Bakı" klubu bu gün növbəti yoxlama oyununa çıxacaq
İspaniyada təlim-məşq toplanışını davam etdirən "Bakı" klubu bu gün növbəti yoxlama oyununa çıxacaq.

Milinko Pantiçin komandası Rumıniyanın "Styaua" klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Styaua" hazırda Rumıniya çempionatında 3-cü pillədə qərarlaşıb.

"Bakı" buna qədər Albaniyanın "Laçi" klubu ilə sınaq matçına çıxıb və 4:0 hesabı ilə qalib gəlib, İspaniyanın "Real Balompedika Linense" klubunu isə 1:0 hesabı ilə üstələyib.


22 yanvar

Yoxlama oyunu

21:00. "Bakı" - "Styaua"

Xəbər 841 dəfə oxundu.