Həsən Şaş baş məşqçi ola bilər
"Qalatasaray"ın keçmiş məşqçisi Həsən Şaşa superliqa təmsilçisi "Qazientepspor"dan təklif göndərilib.

Rəhbərliklə problemlər səbəbindən istefa verən Sərgən Yalçının yerinə klub ölkə millisinin keçmiş futbolçusu gətirmək niyyətindədir. Əgər H.Şaş təklifi qəbul edərsə, o, ilk dəfə olaraq baş məşqçi kimi çalışacaq.

Qeyd edək ki, H.Şaş məşqçilik karyerasına 2011-ci ildə "Qalatasaray"da başlayıb.

Xəbər 776 dəfə oxundu.