"Mançester Siti" 38 il sonra
İngiltərənin "Mançester Siti" klubu 38 ildən sonra bir ilkə imza atıb.

Dünən klub İngiltərə liqa kubokunda "Vest Hem"lə cavab qarşılamasında qalib gələrək iki oyunun nəticəsinə (6:0, 3:0) əsasən finala adını yazdırıb. Bununla da "Mançester Siti" 1976-ci ildən sonra yenidən finala çıxıb. Manuel Pelleqrinin komandasının rəqibi "Sanderlend" - "Mançester Yunayted" matçının qalibi olacaq.

Qeyd edək ki, "Mançester Siti" bu qələbə ilə məğlubiyyətsizlik seriyasını 18-ə yüksəldib.

Xəbər 1100 dəfə oxundu.