Kasilyasdan yeni rekord
"Real"ın qapıçısı İker Kasilyas özünə aid olan rekordu yeniləyib.

Təcrübəli qolkiper qapısını 592 dəqiqədir toxunulmaz saxlayır.

Madrid klubu ilə Çempionlar Liqasında və Kral kuboku matçlarında oynayan Kasilyas son olaraq ötən ilin noyabrın 27-də ÇL-də "Qalatasaray"la matçda qapısında qol görüb.

Qeyd edək ki, ispan qolkiperin bundan əvvəlki rekordu 518 dəqiqə idi.

Xəbər 810 dəfə oxundu.