“Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirəcək
Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirəcək. Yuri Syominin komandası Rusiya “Volqa”sı ilə üz-üzə gələcək. Bu, “Qəbələ”nin Antalyada sayca beşinci oyunu olacaq.

Buna qədər əyalət təmsilçisi “Maltəpəspor” (1:1), “Tobol” (2:1), “Konyaspor” (2:4) və Qazaxıstan “Spartak”ı (1:1) ilə üz-üzə gəlib.

Xəbər 807 dəfə oxundu.