Avropa çempionatı Qusarda keçiriləcək
Oktyabrın 12-də ölkəmizdə daha bir beynəlxalq turnir start götürəcək. Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənovun idman.com.az saytına verdiyi xəbərə görə, universal döyüş üzrə keçiriləcək açıq Avropa çempionatına Qusar şəhəri ev sahibliyi edəcək.

Qitə çempionatında Azərbaycanın təmsilçiləri ilə yanaşı, 26 dövlətin idmançıları da qüvvələrini sınayacaqlar.

Açıq qitə çempionatına oktyabrın 15-də yekun vurulacaq.

Xəbər 2452 dəfə oxundu.