U-21 Qazaxıstanı məğlub edib
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq prosesi çərçivəsində ikinci yoxlama oyunu keçirib. Qazaxıstanın U-21 yığması ilə qarşlaşan komandamız Kerem Behnkenin vurduğu qol sayəsində 1:0 hesabı ilə qələbə qazanıb. Xatırladaq ki, yığmamız yanvarın 19-da keçirilmiş yoxlama oyununda Türkiyənin “Antalyaspor” klubunun U-21 komandasını 5:3 hesabı ilə məğlub etmişdi.

Xəbər 827 dəfə oxundu.