Arda Turan: "La Liqanı qazanmaq istəyirik"
"Atletiko"nun futbolçusu Arda Turan Türkiyədə ilin idmançısı seçildikdən sonra öz ölkəsinin mətbuatına açıqlama verib.

Türk yarımmüdafiəçi La Liqanı qazanmaq istədiklərini deyib: "Çempionluq uzun və çətin maratondur. Xəyallarımız var. Bütün oyunlara final gözü ilə baxırıq. La Liqanı qazanmaq istəyirik".

İspaniya mətbuatının onu "futbolun Məhəmməd Əlisi" adlandırmasına da münasibət bildirən Arda bu bənzətməyə çox sevindiyini bildirib: "Məni Məhəmməd Əliyə bənzədənlərə təşəkkür edirəm".

Xəbər 778 dəfə oxundu.