Kasilyas rekordunu təzələdi
Realın qapıçısı İker Kasilyas rəsmi oyunlarda qol buraxmamaq rekordunu təzələyib. Bundan əvvəlki nəticə 518 dəqiqəyə bərabər idi. Bu gün Espanyolla oyunun 17-ci dəqiqəsində İker bu nailiyyəti yeniləyib. 32 yaşlı qapıçı rəsmi oyunlarda sonuncu dəfə noyabrın 27-də qol buraxıb.

Xatırladaq ki, Kasilyas Realın heyətində yalnız Çempionlar liqası və ölkə kuboku oyunlarında meydana çıxır.

Xəbər 823 dəfə oxundu.