Türkiyədə 2013-ci ilin ən yaxşıları müəyyənləşdi
Türkiyədə 2013-ci ilin ən yaxşıları məlum olub.

"Atletiko"nun (Madrid) futbolçusu Arda Turan ötən ilin ən yaxşı idmançısı seçilib. "Qalatasaray"ın hücumçusu Didye Droqba isə ölkədə ilin ən yaxşı futbolçusu olub. Türkiyə millisinin çalışdırıcısı Fatih Terim də mükafatçılar sırasında yer alıb. O, ötən ilin ən yaxşı baş məşqçisi adına layiq görülüb.

Qeyd edək ki, dünyada ilin idmançısı mükafatını isə "Real"ın (Madrid) hücumçusu Kriştiano Ronaldo qazanıb.

Xəbər 781 dəfə oxundu.