Millimiz ilk oyunu Macarıstana qarşı keçirəcək

Oktyabrın 19-dan həndbol üzrə qadınlar arasında Avropa çempionatının oyunları start götürür. idman.com.az xəbər verir ki, hənbol üzrə millimiz də həmin gün Macarıstanda bu ölkənin yığması ilə qüvvəsini sınayacaq. Oktyabrın 23-də isə yığmamız doğma divarlar arasında mübarizəsini davam etdirəcək. Bu dəfə həndbolçularımızın rəqibi Almaniya komandası olacaq. Qeyd edək ki, yığmamız növbəti oyununu Belarus həndbolçuları ilə keçiriləcək. Məlumat üçün bildirək ki, qitə çempionatında 8 qrupun tərkibində 4 komanda mübarizə aparacaq. Hər qrupun mübarizəsində ilk iki yerin sahibi final yarışlarına vəsiqə qazanacaq.

Qitə çempionatının final yarışı iyun ayında olacaq.

Oktyabrın 19-da Avropa çempionatı çərçivəsində Rumıniyada keçiriləcək Rumıniya-Portuqaliya matçında beynəlxalq dərəcəli hakimimiz İsgəndər Əsgərov Avropa Həndbol Federasiyasının nümayəndəsi kimi hakimlərin işinə nəzarət edəcək.

Xəbər 1732 dəfə oxundu.