Lerikdə oğlanlar arasında şahmat üzrə yarış keçirilib
16-17 yanvar 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş 10-16 yaşlı məktəbli oğlanlar arasında şahmat yarışı keçirilib.

Lerik rayon UGİM-də 48 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi, 20 Yanvar Şəhidlərinin xatirəsinin yad edilməsi, şahmat idman növünün inkişaf etdirilməsi, qaliblərin aşkar edilməsi olub.

Sonda qaliblər aşkar olunub və mükafatlandırılıblar.

Xəbər 1109 dəfə oxundu.