Goranboyda ağır atletika üzrə rayon birinciliyi keçirilib
Yanvarın 18-də 20 yanvar şəhidlərinin xatirəsimə həsr olunmuş ağır atletika üzrə rayon birinciliyi keçirilib.

Goranboy rayonu Nərimanlı kənd orta məktəbində 56 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi, Şəhidlərin xatirəsinin daim əziz tutulması, ağır atletika idman növünün təbliğ edilməsi və kütləviliyinə nail olması, dostluq və yoldaşlıq əlaqələrinin gücləndirilməsi, komandanın komplekleshdirilmesi olub.

Sonda yüksək yerləri tutmuş qaliblər fəxri fərman və medallarla mükafatlandırılıblar.

Xəbər 1107 dəfə oxundu.