"İnter" üçün iki birinci divizion klubu
Məlum olduğu kimi, "İnter"in əvəzedici heyəti "Şəfa" stadionunda təlim-məşq toplanışı keçirir.

Toplanış çərçivəsində komandanı daha iki yoxlama matçı gözləyir. Belə ki, artıq sabah "İnter" MOİK-lə qarşılaşacaq, yanvarın 24-dəsə komanda birinci divizion təmsilçisi "Şuşa" ilə görüşəcək. Qeyd edək ki, hər iki matç "Şəfa" stadionunda baş tutacaq.

Əlavə edək ki, "Şuşa" komandasıyla keçiriləcək yoxlama matçıyla da "İnter" toplanış prosesini yekunlaşdıracaq. Xatırladaq ki, toplanış çərçivəsində keçirilən oyunlarda "bankirlər" "Sumqayıt"(4:2) və "Qarabağ" (1:0) komandalarını məğlub etmişdi.

Xəbər 841 dəfə oxundu.