Bastos Romaya keçdi
Roma Mişel Bastosun keçidin razılığını alıb. Hazırda futbolçu İtaliya klubunda tibbi baxışdan keçir.

30 yaşlı futbolçu Napolinin təklifini rədd edərək paytaxt klubunu seçib.Buna da səbəb Bastosun Lilldə oynadığı zaman baş məşqçi Rudi Qarsiya ilə tanışlığıdır. Sky-ın məlumatına görə braziliyalı yarımmüdafiəçi artıq bu həftə Verona ilə oyunda yeni komandasında debüt edə bilər.

Bastos Romaya BƏƏ-nin Əl Əyn komandasından keçir.Orda o , 12 oyuna 4 qol vurmuşdu.

Xəbər 822 dəfə oxundu.