"Beşiktaş" Slaven Biliçlə müqaviləni yeniləməyə qərar verdi
"Beşiktaş" baş məşqçisi Slaven Biliçlə müqaviləni yeniləməyə qərar verib.

Rəhbərlik xorvatiyalı mütəxəssislə 2016-ci ildə başa çatacaq müqaviləni daha iki il uzatmaq niyyətindədir.

Bu barədə açıqlama verən klubun idman direktoru Önder Özen S.Biliçin də təklifi müsbət qarşılayacağını deyib.

Qeyd edək ki, "Beşiktaş"ın fevralın 3-ə kimi baş məşqçisi ilə müqaviləni yeniləcəyi gözlənilir.

Xəbər 828 dəfə oxundu.