Oskar Kardozo "Barselona"nın hədəfində
"Benfika" klubunun hücumçusu Oskar Kardozo qışda komandasını dəyişə bilər.

Paraqvaylı futbolçu "Barselona"nın transfer hədəfinə düşüb.

Kataloniya təmsilçisinin baş məşqçisi Xerardo Martino gələn aydan 30 yaşlı futbolçunu komandasında görmək istəyir. Argentinalı mütəxəssis Kardozonu Lionel Messinin alternativi kimi görür.

Qeyd edək ki, Kardozo ilə Türkiyənin "Trabzonspor" klubu da yaxından maraqlanır.

Xəbər 934 dəfə oxundu.