Neymar: "Çempionlar Liqasını qazanmaq istəyirəm"
"Barselona" klubunun futbolçusu Neymar ilk dəfə çıxış etdiyi Çempionlar Liqası haqda danışıb.

"AS" qəzetinə açıqlama verən braziliyalı futbolçu Çempionlar Liqasını qazanmağı arzuladığını bildirib:

"İlk dəfədir ki, Çempionlar Liqasında çıxış edirəm. Turnirin qalibi olmağı çox arzulayıram. Bunun üçün əlimizdən gələni edəcəm. Ümid edirəm ki, ən azı mövsümün sonunda final oynamaq mənə nəsib olacaq".

Qeyd edək ki, "Barselona" Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti" klubu ilə qarşılaşacaq.

Xəbər 862 dəfə oxundu.