Moyes: "Runi və Persi "Çelsi" ilə matçda oynamayacaq"
"Mançester Yunayted"in baş məşqçisi Devid Moyes komandaya çox oyunçu transfer edilməsini istəmir.

Şotlandiyalı mütəxəssis yalnız bir neçə futbolçu ilə danışıqlar apardıqlarını deyib:

"Futbolçu seçərkən çox diqqətli oluruq. Amma onu da deyim ki, yeni oyunçular almaq üçün düzgün zaman deyil. İnsanların ümidləndirib, sonra da əli boş qoymaqdan nifrət edirəm. Əgər mümkün olsa, bir, ya da iki transfer edəcəyik".

Bazar günü "Çelsi" ilə qarşılaşacaqları matç haqda da danışan D.Moyes Ueyn Runi və Robin van Persinin bu oyunda iştirak etməyəcəklərini bildirib.

Xəbər 858 dəfə oxundu.