Xavi "Barselona"dan ayrılır
İspaniya milli komandasının futbolçusu Xavi Hernandes “Barselona” klubunu tərk etməyə qərar verib.

Bu barədə İtaliya mətbuatı öz mənbələrinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, 33 yaşlı yarımmüdafiəçi 2014-cü il dünya çempionatından sonra karyerasını ABŞ-ın MLS liqasında davam etdirəcək. O, “Nyu-York Red Bullz”un təklifini qəbul edib.

Qeyd edək ki, müasir futbolun ən yaxşı pleymekerlərindən olan Xavinin “Barselona” ilə müqaviləsi 2016-cı ildə başa çatmalıdır. O, klubun əsas heyətində İspaniya çempionatında 459 oyuna 55 qol vurub.

Lent.az

Xəbər 963 dəfə oxundu.