Nabranda təlim-məşq toplanışı
Səmti Müəyyən Etmə Federasiyası milli komandaya namizəd idmançılar üçün seçmə məşqlər keçirməyi planlaşdırır. İdman.com.az saytı xəbər verir ki, hazırlıq ukraynalı mütəxəssis, beynəlxalq dərəcəli idman ustası Mixail Puqaç tərəfindən aparılacaq.

İlk məşqlər 25-26 yanvarda Nabranda (Yalama k. Xəritələri üzərində) ğaş tutacaq. O cümlədən, elektron qeydolunma sisteminin tətbiqi ilə orta və qısa məsəfələr üzrə qaçışlar da təşkil olunacaq.

Səmti müəyyən etmənin kütləvi idman növü kimi inkişafına təsir etmək məqsədilə qeyd olunan məşqlərə qatılmaq istəyənlər, müəyyən olunmuş vaxtda start yerinə gələ bilərlər.

Startın təxmini yeri "Xəzər" turist bazasıdır. Yürüş ayın 25-də12:30-da, ertəsi gün 10-30-da başlayacaq.

Həmçinin, bazar günü, 26 yanvar tarixində kişi və qadın kateqoriyalarında ən yaxşı nəticə göstərmiş idmançılar Yeni il hədiyyələri ilə təltif olunacaqlar.

Xəbər 2170 dəfə oxundu.