"Qarabağ" - "Dinamo" matçının başlama saatı bəlli oldu
"Qarabağ"ın Antalyadakı təlim-məşq toplanışı çərçivəsində 4 yoxlama oyunu keçirəcəyi haqda məlumat vermişdik.

İlk rəqib Rumıniyanın "Dinamo" (Buxarest) klubu olacaq.

Artıq oyunun başlama saatı da dəqiqləşib. Yanvarın 19-da keçiriləcək görüş Bakı vaxtı ilə 13:30-da start götürəcək.

Qeyd edək ki, Ağdam təmsilçisinin digər yoxlama oyunları yanvarın 22, 23 və 25-də baş tutacaq.

Xəbər 908 dəfə oxundu.