Kapello La Liqadakı favoritini açıqladı
Rusiya millisinin baş məşqçisi Fabio Kapello La Liqada favorit hesab etdiyi komandanın adını açıqlayıb.

"Marca"ya danışan italiyalı mütəxəssis deyib ki, "Real" "Barselona" və "Atletiko"dan üç xal geri qalsa da, əsas favoritdir:

"Peşəkar kimi futbola baxandan bunu asanlıqla görmək olar.H eyətləri nəzərə alsaq, "Barselona" ilə "Real" əvvəlki illərdə olduğu kimi bu il də çempionluğa əsas namizədlərdir. "Atletiko"nu da zəif hesab etmək olmaz. Ancaq onlar Çempionlar Liqası, Kral kuboku və La Liqada mübarizə apardıqlarından çətinlik çəkəcəklər. Çünki hər üç turnirdə rahat oynaya bilmək üçün güclü heyətə sahib olmaq lazımdır. Bu səbəbdən "Atletiko"nun şansları azdır. Ən yaxşı futbolçular "Real"da olduğuna görə Madrid klubunu La Liqanın çempionu olaraq görürəm".

Xəbər 864 dəfə oxundu.