İngiltərə milli komandası iki yoxlama oyunu keçirəcək
2014-cü il DÇ-na hazırlıq məqsədi ilə İngiltərə milli komandası iki yoxlama oyunu keçirəcək. ABŞ-da reallaşacaq matçlarda ingilislər iyunun 4-də Ekvador, 7 iyunda isə Honduras yığması ilə gücünü sınayacaq. Bu vaxta qədər isə martın 5-də Uembli stadionda Danimarka, mayın 30-da isə Peru milliləri İngiltərə komandasının qonağı olacaq. DÇ-nın ilk matçı isə iyunun 14-də İtaliya yığmasına qarşı olacaq.

Xəbər 944 dəfə oxundu.