“Qəbələ” futbol komandası üçüncü yoxlama oyununu keçirib
Yanvarın 16-da Antalyada qış təlim-məşq toplanışında olan “Qəbələ” futbol komandası üçüncü yoxlama oyununu keçirib.

“Qəbələ” komandası Türkiyə Superliqasında mübarizə aparan “Konyaspor” kollektivi ilə qarşılaşmışdır.

Qarşılıqlı hücumlar şəraitində keçən görüş 4:2 hesabı ilə “Konyaspor”un xeyrinə başa çatmışdır. “Qəbələ”nin heyətində Rafael Santos və Yannik Kamanan fərqlənmişlər.

Baş məşqçi Yuri Syominin futbolçuları bundan əvvəl Qazaxıstanın “Tobol” komandasına qalib gəlmiş (2:1), Türkiyənin “Maltəpəspor” kollektivi ilə heç-heçə etmişlər (1:1).

Xəbər 924 dəfə oxundu.