Göyçayda budo döyüş növləri üzrə altıncı respublika birinciliyi keçiriləcək
Yanvarın 18-19-da Göyçay Olimpiya İdman Kompleksində uşaqlar və yeniyetmələr arasında budo döyüş növləri üzrə altıncı respublika birinciliyi keçiriləcəkdir.

Azərbaycan Budo Döyüş Növləri Federasiyasından AzərTAc-a bildirmişlər ki, üç yaş kateqoriyası üzrə keçiriləcək yarışda idmançılar semi-kontakt, full-kontakt və fri-kontakt versiyaları üzrə mübarizə aparacaqlar.

İki yüz əllidən artıq idmançının mübarizə aparacağı yarışın baş hakimi Rüstəm Rüstəmov, baş katibi isə Əlimusa Balayevdır.

Xəbər 1094 dəfə oxundu.