Suarez 38 klubu geridə qoydu
Bu mövsüm göstərdiyi uğurlu çıxışı ilə seçilən "Liverpul"un futbolçusu Luis Suarez vurduğu qollarla Avropanın beş böyük liqasında mübarizə aparan 38 klubu geridə qoyub.

Cari mövsüm 22 dəfə fərqlənən uruqvaylı hücumçu İspaniyada 10, İtaliyadan 9, Fransadan 8, İngiltərədən 6, Almaniyadan isə 5 klubdan daha çox qol vurub. 26 yaşlı oyunçu bu liqalardakı 5 komanda ilə eyni sayda fərqlənməyi bacarıb.

Qeyd edək ki, L.Suarez qolların 16-nı sağ, 3-nü sol ayaqla, 3-nü isə başı ilə vurub.

Xəbər 862 dəfə oxundu.