AGF yeniyetmə və gənc güləşçiləri mükafatlandırılıb

2011-ci ildə yeniyetmələr və gənclər arasında keçirilən güləş üzrə Avropa və dünya birinciliklərində medal qazanmış idmançılar, onların məşqçiləri Azərbaycan Güləş Federasiyasının rəhbərliyi tərəfindən mükafatlandırlıb. Tədbirdə çıxış edən Federasiyanın 1-ci vitse-prezidenti Namiq Əliyev deyib ki, hazırda ölkəmizdə yeni güləşçi nəsli yetişir və onların hər biri əsas yığma komandada istənilən idmançını əvəz etmək iqtidarındadır.

«Bizim əsas hədəfimiz London Yay Olimpiya Oyunlarında bütün çəki dərəcələrində təmsil olunmaqdır və bu mənada gələn il keçiriləcək lisenziya turnirləri arasındakı vaxt azlığını nəzərə alsaq, o zaman sizin hər birinizin bu yarışlarda iştirak imkanınız var» - deyən Namiq Əliyev bunun üçün güləşçilərin öz üzərlərində səylə çalışmasının vacibliyini vurğulayıb.

Xəbər 1021 dəfə oxundu.