Sneyder "Tottenhem"in hədəfində
"Qalatasaray"ın futbolçusu Uelsi Sneyder daha bir İngiltərə klubunun maraq dairəsinə düşüb.

Hollandiyalı oyunçunu "Tottenhem" transfer etmək istəyir. "Yuventus"un futbolçusu Andre Pirlonu heyətinə qata bilməyən Premyer Liqa təmsilçisinin yarımmüdafiə xəttini Sneyderlə gücləndirmək istədiyi bildirilir. Bununla bağlı yaxın günlərdə klubun futbolçuya təklif göndərəcəyi gözlənilir.

Qeyd edək ki, Sneyderlə "Mançester Yunayted"in də maraqlandığı iddia edilir.

Xəbər 827 dəfə oxundu.